Türk oğluyam, Türkəm oğul !
Türk oğluyam, Türkəm oğul !
(“Türk oğluyam, Türkəm oğul”. Misra Şəmkirli ustad aşıq Murad Niyazlıdandır) Başım gömgöy buludlarda, Mən Göy Türkəm, görkəm oğul. Özüm ötkəm, sözüm ötkəm, Türk oğluyam, Türkəm oğul ! Ayaqlarda sürünmərəm, Ayrı donda görünmərəm, Kişi kimi, mərd ölərəm, Türk oğluyam, Türkəm oğul ! Torpağ andım, torpağ anam, Anam üçün Şəhid ollam, Anamsız sarallam, sollam, Türk oğluyam, Türkəm oğul ! Mən bir Vətən fədaisi, Türk əsgəri, Türkəm oğul ! Ata Türkün öz varisi, Türk oğluyam, Türkəm oğul ! Qorqud babam çalan tellər, Məskənimdi Çənlibellər, Turan, Türkmən, bizim ellər, Türk oğluyam, Türkəm oğul ! Quran haqqı, qul deyiləm, Çuğullara çul deyiləm, Yapıncıyam, kürkəm, oğul, Türk oğluyam, Türkəm oğul ! Oğuz, qıpçağam, uyğuram, Qazağam, özbək, qırğızam, Başqırdam, tatar, kərkükəm, Türk oğluyam, Türkəm oğul ! Qorxu qanmaz, hürkü bilməz, Çətin haydan hürkəm, oğul. Kərən bilər, kərki bilməz, Türk oğluyam, Türkəm oğul ! Yağı, yaltaq böyür – başım, Yaman ağır qara daşım, Əyilməzdi, məğrur başım, Türk oğluyam, Türkəm oğul ! Nə quzuyam, nə qurdam mən, Nəğmə dolu bir yurdam mən, Qılınc, qalxan, əmudam mən, Türk oğluyam, Türkəm oğul ! Vətənimə dönük çıxsam, Ləçəy olsun başımda börk ! Kimliyimi dərk elə, dərk, Türk oğluyam, Türkəm oğul ! ~~~~~~~~~~~~~~~~~~~~~~~ 18.07.2016 21:10 |