Hərbi həmrəylik Şanlı Türk Ordum !
Hərbi həmrəylik
Biz bir millət, iki dövlət, Arada Qars sazişi var. Qardaş qardaşla bağlayıb, Bir zamanlar, müqavilə, Azərbaycan – Türkiyə ! Salınıb “Ümid” körpüsü, Gediş – gəliş, var əlaqə. Ordularmız təlim keçir, Bir məqsədlə, müdam birgə, Azərbaycan – Türkiyə ! Vaxt vardı, özgə, yad idi, Şükürlər olsun ki, indi, Ər əsgərim, mərd igidi, Məhmədcik də mənimkidi, Azərbaycan – Türkiyə ! Bilək bunu, biz vətəndaş, Bakımla İzmirim qardaş, Qarabağda başlasın kaş, Səngərlərdə qanlı savaş, Azərbaycan – Türkiyə ! Yürüş edin, marş, irəli, Uçun, ey Türk şahinləri, vartanları, vazgenləri, Məhv eləyin xainləri, Azərbaycan – Türkiyə ! Qoşa tutun bayraqları, Daşa basın daşnakları, Mənfur, murdar ayaqları, Torpaqlardan qovun barı, Azərbaycan – Türkiyə ! Aramızda milli birlik, Xalq istəyir birdəfəlik, Ordumuz da olsun şərik, Yaşasın hərbi həmrəylik, Azərbaycan – Türkiyə ! ~~~~~~~~~~~~~~~~~~~~~ 27.07.2020 22:05 Şanlı Türk Ordum ! Belə sən xoş gəldin, səfa gətirdin, Gözümüz üstündə yerin var, məlum. Yolunu gözləyir Azərbaycanım, Ey mənim şərəfli, şanlı Türk Ordum ! Açıqdır üzünə, taybatay qapım, Sənin dost gəlişin mənim urvatım, Səsimə səs verən, sən xilaskarım, Ey mənim şərəfli, şanlı Türk Ordum ! Qədəmli yürüşlər qoy sənin olsun, Döyüşdə zəfərlər qoy sənin olsun, İşıqlı səhərlər qoy sənin olsun, Ey mənim şərəfli, şanlı Türk Ordum ! Bir vuraq zərbəni yağıya, yada, Görsün bu birliyi xain dünya da, Xaç dünyası xam xəyalda, xülyada, Ey mənim şərəfli, şanlı Türk Ordum ! Qanına susayıb müxənnət yağı, Çəkək sinəsinə çəkilməz dağı, Gəl xilas eyləyək biz Qarabağı, Ey mənim şərəfli, şanlı Türk Ordum ! Vətən torpağına bahar, yazı da, Gətirək, götürək telli sazı da, “Cəngi”yə kökləyək, sazımızı da, Ey mənim şərəfli, şanlı Türk Ordum ! Millətim bəsləyir sənə ehtiram, Səninlə fəxr edir, qürur duyuram, Hər bir uğurunu alqışlayıram, Ey mənim şərəfli, şanlı Türk Ordum ! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 28.07.2020 9:46 |