Adam kimi
Adam kimi
Bu dünyaya biz gəlmişik Yuxu kimi, xəyal kimi. Çalınırıq simli, simsiz, Sınıq - salxaq röyal kimi. Gündən–günə, aydan-aya Boy atdıq bir buğda boyu. Nə itirdik, nə qazandıq? Nə yaşadıq fəal kimi. Ay al - verdə mahir dəllal Kimə qalmış bu cah-cəlal? Çəkdiyimiz dərd-qəm, məlal, Kim məst, kim də kahal kimi. İnsan gərək arxasınca İz buraxa, düz əməllər. Bir düşünsün düdəməllər, Əbləhlər əhli - hal kimi. Öz nəfsinin qulu olma, Olma çuğul, çulu olma. Nə də əyil sənə harama Diz çök, dil tök hambal kimi. Ölüm şərbət, içəcəyik, Bir boy kəfən biçəcəyik, Bu dünyadan köçəcəyik Səs-səmirsiz, kar, lal kimi. Ey Hüseyn, Sərmayəsi saf olanlar Olar doğru, dürüst, halal. Başda olsun ağıl, kamal, Yaşa, ad al adam kimi. ~~~~~~~~~~~~~~~~~~~~~ Bakı, 27.05.2013 12:13:03 |
Bir boy kəfən biçəcəyik,
Bu dünyadan köçəcəyik
Səs-səmirsiz, kar, lal kimi.
Ey Hüseyn,
Sərmayəsi saf olanlar
Olar doğru, dürüst, halal.
Başda olsun ağıl, kamal,
Yaşa, ad al adam kimi.
~~~~~~~~~~~~~~~~~~~~~
Bakı, 27.05.2013 12:13:03
Yüreğine kalemine sağlık gardaş
Hoş greldin epeydi yoktun
Selamlar............