AYNALARDAN QORXURAM
***
İllər ötdükcə aynalar məni fərqli göstərir. Bilmirəm, dəyişən illərdir, aynalardır,yoxs a mən. Cansız bir camın arxasında həyata bax. Bir az tərsinə, bir az uzaq. Burada,arxamda zaman axıb gedir saçlarımın bəyaz tellərində. Orada bir xəyal durur, əski fotolarda olduğu kimi. Sanki,hər şey donmuş, gölgəmin əlvan rəngində. Dodaqlarımda titrəyiş, alnımda qırış yeri. Şaşırmış kimi aynanı sığallayıram- hamhamar,ama bunbuz. İllərsə ötür hər şeyə rəğmən, gözqapaqlarımda , və ürəyimdən geçən ağrılarımda. Ölüm üfüqlərin ötəsində məni gözlərkən belə, heç nədən qorxmuram. Təkcə,aynalarda n başqa... |