QƏRƏNFİL
...Düz iki il keçdim
pəncərənizin önündən. O zaman tələbəydim. Sadəlöhv uşaq kimiydim sanki. Nə tapsaydım onu yeyərdim, nə alsaydılar onu geyərdim. Nə zamanı daşımağa saatım vardı, nə də dəftərlərimi aparmağa çantam. Təkcə xəyallarım vardı- dünya tutmayan, bir də arzularım vardı- göylər qədər əl çatmayan! Heç sevməzdim yaşadığım şəhəri. Özgələr saraylarda yaşarkən biz gecəqondularda yaşardıq. Elə o zaman da varlılar adamı saymazdılar, pullarıni sayardılar. İndiki kimi... Mənim yaşadığım gecəqondudan bir tin o yana siz qalardınız. Xatirimdədir-ik inci mərtəbə, birinci giriş. Küçəyə açılan bir pəncərəniz də vardır. Pərdəsiz,amma ger-geniş. Düz iki il keçdim o pəncərənin önündən. Evinizin qarşısında bir tut ağacı da vardı- budaqları pəncərənizə tərəf əyilmış. ...Sən piano çalardın,mən isə tut ağacının altında dayanıb sənə qulaq asardım. Sonra pəncərəyə çıxardın, uzaqlra,lap uzaqlara baxardın. Yadımdadır,həmi şə ya saçına, ya da yaxana qırmızı qərənfil taxardın. Beləcə günlər ötüb keçərdi... Mən dərs kitablarını varaqlayardım, sən isə not dəftərlərini. Günlər həftələrə,həftə lərsə aylara doğru sıralanardı. Sənin barmaqlarında Bethovenin " Ay"ı, mənimsə könlümdə hələ duymadığım bir sevda odu yanardı. Bir gün,nəhayət gözlərim gözlərini tapdı. Fəqət,nə baxışlarında diqqət vardı, nə də üzündə təbəssüm. Sanki,yenə lap uzaqlara baxardın. Zamansa günbəgün ötərdi. Öyrəşmişdim tut ağacının altına- öz evimizə öyrəşdiyim kimi. Orada istsidən yanardım, orada soyuqdan donardım, gah yağmurda islanardım. Amma,amma dözərdim, bir gün səadət tapmaq ümüdiylə dözərdim. Günlərsə ötüb keçərdi. Sən,heç zaman görməyəcəyim evinizin içərisində əsrarəngiz musiqilər çalardın, mən isə tut ağacının altında sözlərini yazardım. Yenə pəncərəyə çıxardın. Baxardın,hey baxardın. Günlər dəyişdikcə sənin də baxışların dəyişərdi. İndi üzündə bir təbəssüm, dodaqlarında isə öpücük qədər bir hərarət vardı. Bilirdim,sən də bilirdin- bu sevda bir xəyal idi, çünki,bizi ayıran bir sədd,bir sərhəd vardı. Bu sərhəd sizin həyat tərzinizdən, evinizin qarşısında dayanan bahalı maşından,bir də atanın ədalı yerişindən keçərdi. ...Qarşıdan yay tətili gəlirdi. Mən kəndə yaşamaq üçün ruzi toplamağa gedəcəkdim, siz isə uzaqlara-istira hətə... Vaxt tez gəlib ötdü, mənimçün tətil,sizinüçün sə istirahət bitdi. Yenə pəncərənizin önünə tələsdim. Yenə pianoya qulaq asmaq, baxışlarındakı o diqqəti, üzündəki sevdalı təbəssümü görmək istədim. Amma.gördükləri mə şaşırdım. Sanki,ürəymdən vuruldum, sanki,içimdə nə isə qırıldı! Evinizin qarşısında maşınlar dayanmışdı, sizinki kimi bahalı,adamları da atan kimi ədalı. Bir də gəlin maşını vardı. Piano səsi də gəlmirdi daha. Bizim "vağzalı"ya bənzəyən bir hava çalırdılar- səsli-küylü bir hava... Səhəri gün mən dərsdən qayıdanda, yenə tut ağacının altında dayandım. Daha piano səsi gəlmirdı, sən də yox idin. Həmişə baxdığım pəncərədən təkcə bir qərənfil asılmışdı- yaxana taxdığın o qərənfil! |