BİLƏSİDİRMİ?
Qəlbimin simini dilləndirsəm mən,
Ürəyi daş olan biləsidirmi? Axıtsam gözümdən hicran yaşını, Əhdə dönük olan siləsidirmi? Çəkirəm həsrətin lap yana-yana, Gizlində çox tutub, gəlmişəm cana. Desəm qövr eləyən dərdimi ona, Sözümü anlayıb güləsidirmi? Əflatun, söz çoxdu, kəsədən söylə, Dilinə gələni tez bəyan eylə. Xəlvətə çəkilib, oturub belə, Bu qəmin içində öləsidirmi? |