YIRĞANÇAY
Adını çəkməsəm günahkar ollam,
Mənim doğma yurdum, elim Yırğançay. Mən sənin qoynunda dünyaya gəldim, Sən oldun ağzımda dilim Yırğançay. Uca dağ qoynunda şah vüqarlısan, Yayın ortasında başı qarlısan, Dosta, mehribana xoş ilqarlısan, Sazımda ən incə telim Yırğançay. Qeyrət nişanəli oğul-qızın var, Dillərə yaraşıq söhbət-sözün var, Borçalı elində gözəl izin var, İzini şerimə salım Yırğançay. Harada olsam da səni anaram, Mən səni özümə arxa sanaram. Sənsiz alışaram, oda yanaram, Köksümdə ən əziz gülüm Yırğançay. Hər daşın, torpağın əzizdir mənə, Nə qədər vəsf etsəm, bu azdır sənə. Aralı olsam da deyərəm yenə, Adına mən qurban olum Yırğançay. Ulu Keşəlinin ulu qolusan, Qeyrət timsalısan, hünər dolusan, Ərənlər yurdusan, HAQQIN yolusan, Qarşında mən səcdə qılım Yırğançay. Mən öz ilhamımı səndən almışam, Səninlə danışıb, sənlə gülmüşəm, Vətən nə deməkdi indi bilmişəm, Sənsiz ötmür ayım-ilim Yırğançay. Adındır dilimdə əzbərim mənim, Sənsiz asimana yüksələr ünüm. Əflatunam, durum başına dönüm, İzin ver qoynunda ölüm Yırğançay. |
Nə qədər vəsf etsəm, bu azdır sənə.
Aralı olsam da deyərəm yenə,
Adına mən qurban olum Yırğançay.
Ulu Keşəlinin ulu qolusan,
Qeyrət timsalısan, hünər dolusan,
Ərənlər yurdusan, HAQQIN yolusan,
Qarşında mən səcdə qılım Yırğançay.
Mən öz ilhamımı səndən almışam,
Səninlə danışıb, sənlə gülmüşəm,
Vətən nə deməkdi indi bilmişəm,
Sənsiz ötmür ayım-ilim Yırğançay.
Kalemin daim olsun saygılarımla