Bağışla, Kərküküm, bağışla məni!Bağışla, Kərküküm, bağışla məni! Ömrün vəfasına etmirəm güman, İzlərə odunu yağdırıb zaman, Əllərim uzalı qalıbdır inan. Köçsəm bu dünyadan öpməmiş səni, Bağışla Kərküküm, bağışla məni! Bakı yollarına çiçəklər əkib, Borçalı həsrətdən gör nələr çəkib. Dərbənddən xəffifcə bir külək əsib, Qovacaq dumanı, pozacaq çəni, Bağışla Kərküküm, bağışla məni! Biriydi unumuz, dənimiz bizim, Biriydi qibləmiz, yönümüz bizim, Sazımız, sözümüz, qanımız bizim, Bağlıdır bir ruhla bir bədən kimi, Bağışla Kərküküm, bağışla məni! Cahangir babalar, fateh kişilər, Bizi ayrı görsə sınar, kiçilər. Bu hissin qədrini naşı nə bilər?! Gəl Təbrizdə tutsun əlim əlini, Bağışla Kərküküm, bağışla məni! Elbəyi həsrətdən çəkər bayatı, Qoşul bu səsimə söylə xoryatı, Bizi birləşdirər türkün qeyrəti, Unut birdəfəlik kədəri, qəmi, Bağışla Kərküküm, bağışla məni! 20.06.2008 Elbəyi Cəlaloğlu |
hepimiz çok güzel günler göreceğiz saygılarımla şiir çok hakkaniyetli ve güzeldi
kalın sağklıcakla.