Səninləyəm
Səninləyəm
Sən varsan da, sən yoxsan da, Sən azsan da, sən çoxsan da, Sən acsan da, sən toxsan da, Hər bir anda səninləyəm. Mən əcələm, sən əcələ, Mən dəliyəm, sən dəcələ, Mən dəryayam, sən də Dəclə, Dərdi – sərim səninləyəm. Mən çuxuram, sən bir çala, Mən ormanam, sən də tala, Mən oxuyum, sən hecala, Hər bir yanda səninləyəm. Sən səadət, mən də sevinc, Mən nadincəm, səndə ki, dinc, Mən giryanam, sən də girinc, Səadətim səninləyəm. Sən bir kölgə, mən bir kölə, Kimi qala, kimi ölə, Var – yoxumu bölə - bölə, Səndən sonra səninləyəm. Hicran odu ayırsa da, İçim çöldü, bayırsa da, Baxtım yatıb, bayılsa da, Bax onda da səninləyəm. Dəli dünyam dağılsa da, Hekayəsə, nağılsa da, Hər nə qədər ağırsa da, Ağır gündə səninləyəm. Sən yox ikən, sənsizlikdə Bir şey deyil mənsizlik də. Şəxsən şəxsi əvəzlikdə Səngərliyəm, səninləyəm. ~~~~~~~~~~~~~~~~~~~~~ 24.03.2012 |
Gene çox gözel yazıpsan gardaş üreğine saxlık
Salam eliyirem xoşbext ol