Ola ki
Ola ki
Yuva abad, şen gərəkdi, Darvazası gen gərəkdi, Həm uzun, həm en gərəkdi, Yurd da gərək yurd ola ki. Gülüm, qanqal gül qoxumaz, Hər quş bülbültək oxumaz, Hər qurd da ipək toxumaz, Qurd da gərək qurd ola ki. Hikmətini anlamayan, Bir yan verib, yanlamayan, Tulalr quyruq bulayan, Ulayan bozqurd ola ki. Quranda neçə ayə var? Hər qafada bir qayə var, Sözümdə sambal, mayə var, Məsləksiz manqurd ola ki. Adam var lal, adam var kal, Adam var kor, adam var kar, Onda gərək təfəkkürdə Adamlar absurd1 ola ki. Ay Səngərli, xırıd eylə, Söz boxçanda qalar, qurdlar, Heç görmədim ay bozqurdlar, Quzular da qurd ola ki. ~~~~~~~~~~~~~~~~~~~~ 1.Absurd – boş söz, cəfəngiyyat. 13.03.2012-ci il |
Yuva abad, şen gərəkdi,
Darvazası gen gərəkdi,
Həm uzun, həm en gərəkdi,
Yurd da gərək yurd ola ki.
Gülüm, qanqal gül qoxumaz,
Hər quş bülbültək oxumaz,
Hər qurd da ipək toxumaz,
Qurd da gərək qurd ola ki.
Hikmətini anlamayan,
Bir yan verib, yanlamayan,
Tulalr quyruq bulayan,
Ulayan bozqurd ola ki.
Quranda neçə ayə var?
Hər qafada bir qayə var,
Sözümdə sambal, mayə var,
Məsləksiz manqurd ola ki.
Adam var lal, adam var kal,
Adam var kor, adam var kar,
Onda gərək təfəkkürdə
Adamlar absurd1 ola ki.
Ay Səngərli, xırıd eylə,
Söz boxçanda qalar, qurdlar,
Heç görmədim ay bozqurdlar,
Quzular da qurd ola ki.
~~~~~~~~~~~~~~~~~~~~
Anlamlı ve güzel dizelerdi, Azerbaycan türkçesiyle güzel bir örnek değerli şairi ve şiirini kutluyorum.Yunus diyarından selamlar.