0
Yorum
7
Beğeni
5,0
Puan
508
Okunma
Ər oğlu Ərdoğan
Ərdoğan Şuşaya gəldi, baş çəkdi,
O yaltaq yağıya gözdağı çəkdi !
Sənin davamçındı, ay Atatürküm,
Ər oğlu Ərdoğan dünyada təkdi !
Siyasət dəllalı, supergüclərə,
Gədə-güdə, gicbəsərə, giclərə,
Yerini göstərir tülkü, biclərə,
Ər oğlu Ərdoğan dünyada təkdi !
Arxadı, dayaqdı Azərbaycana,
Başçılıq eyləyir cümlə Turana,
Nümunə göstərir Türkü İrana,
Ər oğlu Ərdoğan dünyada təkdi !
Sonsuz da deyildir, sözün arşını,
Çəkdilər yağının murdar farşını,
İlhamla çaldılar, zəfər marşını,
Ər oğlu Ərdoğan dünyada təkdi !
----------------------------------------
16.06.2021 06:25
5.0
100% (1)