2
Yorum
5
Beğeni
5,0
Puan
478
Okunma
Ey zəfər sancağım–Şanlı bayrağım !
Qələbə, zəfərlər, bu uğur sənin,
Yol sənin, iz sənin, o cığır sənin,
Səhərlər üzünə Gün doğur sənin,
Mübarək növrağın, çal-çağır sənin,
Ey zəfər sancağım – Şanlı bayrağım !
Başında bəd əsən, soyuq yellər var,
Qeybətni qıranlar, qəliz dillər var,
Dalınca daş atan, xain əllər var,
Şükür, bu gününə sevinənlər var,
Ey zəfər sancağım – Şanlı bayrağım !
Bayramda yarışlar, yürüşlərdən keç,
Gələcək naminə öz yolunu seç,
Sən sevil, əbədi könüllərə köç,
Rəvayət söyləmir rənglərin də heç,
Ey zəfər sancağım – Şanlı bayrağım !
Uğrunda can verən Şəhidləri gör,
Yolunda qan tökən qaziləri gör,
Qarşında diz çökən, öpənləri gör,
Paxıllıq, xainlik çəkənləri gör,
Ey zəfər sancağım – Şanlı bayrağım !
Üz çevir Allaha, Qurana doğru,
Səcdə qıl yaradan, qurana doğru,
Daima arxanda durana doğru,
Yön çevir sən Türkə, Turana doğru,
Ey zəfər sancağım – Şanlı bayrağım !
Alış məşəl kimi, sönmə bir daha,
Bu yoldan qayıtma, dönmə bir daha,
Qalx, ucal göylərə, enmə bir daha,
Baş əymə düşmənə, əymə bir daha,
Ey zəfər sancağım – Şanlı bayrağım !
Göy rəngin göynəyən göz yaşlarındı,
Yaşıl rəng yüz illik bəlkə yaşındı,
Qırmızı axan qan, qan yaddaşındı,
Faxralı Hüseyn də can sirdaşındı,
Ey zəfər sancağım – Şanlı bayrağım !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
06.10.2022 11:05
5.0
100% (4)