1
Yorum
0
Beğeni
5,0
Puan
799
Okunma
A dünya
Neçə üzün, neçə gözün, ağ sözün,
Çəkənlərə damağ, damğa, dağ sözün,
Yayılanda yalan, yaltaq, yağ sözün,
Ahıl, cahıl, ağ, ağılsan, a dünya
Yəhərli, yüyənli, yüyrəkdi atın,
Deyirlər yeddidi, neçədi qatın?
Əslin bədəsildi, bilinmir zatın,
Nə həkətsən, nə nağılsan, a dünya.
Neçə könülləri abad eylədin,
Neçə baxtı bah gördüm bad eylədin,
Neçə könülləri bərbad eylədin,
Tarmar olub, day dağılsan, a dünya.
Səngərli də gileylidi çox səndən,
Çox çəkibdi of, uf səndən, ox səndən,
Yamanlıqda tayın - tuşun, yox səndən,
Farağatsan, nə fağırsan, a dünya.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
17.03.2012-ci il
5.0
100% (1)