Ozan babam
Ozan babam
Külü çökdü, köz yüksəldi, Dünya boyda düz yüksəldi, Söz mülkündə yüz yüksəldi, Qolça qopuz Qorqud babam! Danışan dil, çalan əldi, Alı, Abdaldı, Veysəldi, Lələlərin yükü ləldi, Əmrə, Ələsgərdi babam! Şöhrətdə Şenlik, Şəmşirdi, Söz oynadan pələng, şirdi, Müqəddəslər ocağ, pirdi, Pir olmuş Əmrahdı babam! Bülbüllərin bəstəsiyəm, Dəstgahıyam, dəstəsiyəm, Xəstə Qasım xəstəsiyəm, Gör necə gümrahdı babam! Koroğlunun Cünunuyam, Dəlilərin Məcnunuyam, Cümalardan sonuncuyam, Cümadı, Cünundu babam! Gözəllərlə iltifatda, Canlar ilə iltimasda, Şeir, sənət intibahda, Vidadi, Vaqifdi babam! Oxumuşam, dinləmişəm, İçin – için inləmişəm, Kimliyimi kimləmişəm, Əşi, Ələkbərdi babam! Kökum bəlli, zatım bəlli, Of desəm ovqatım bəlli, Ötüb, keçən yaşım əlli, Səngərliyəm, ozan babam! ~~~~~~~~~~~~~~~~~~~~~~ 17.03.2012 |