Son söz
Son söz
Son söz hıçqırtıdı, hicran, nidadı, Son söz ayrılıqdı, son söz vidadı, Son söz əbədilik say əlvidadı, Son söz qəm-qüssəyə qail qidadı. Elə ki, yetişir sonu, zamanı, Sovurur səmaya sanki samanı, Qıyımsız qılınctək kəsir amanı, Çökdürür çöhrəyə çəni, dumanı. Son sözdə cəfa var, onda cəhalət, Son sözdə səfa var, onda rəzalət, Son sözdə vəfa var, onda ədalət, Son söz cilovlanmaz, cihad, cidadı. Səngərli, son sözdə soyuqluq var, qar, Son sözlə pozular əhd - peyman, ilqar, Son sözlə əyilər, sınar qəlb, vüqar, Son sözdə səadət, sədaqət də var. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 13.12.2011-ci il |