A dünya
A dünya
Neçə üzün, neçə gözün, ağ sözün, Çəkənlərə damağ, damğa, dağ sözün, Yayılanda yalan, yaltaq, yağ sözün, Ahıl, cahıl, ağ, ağılsan, a dünya Yəhərli, yüyənli, yüyrəkdi atın, Deyirlər yeddidi, neçədi qatın? Əslin bədəsildi, bilinmir zatın, Nə həkətsən, nə nağılsan, a dünya. Neçə könülləri abad eylədin, Neçə baxtı bah gördüm bad eylədin, Neçə könülləri bərbad eylədin, Tarmar olub, day dağılsan, a dünya. Səngərli də gileylidi çox səndən, Çox çəkibdi of, uf səndən, ox səndən, Yamanlıqda tayın - tuşun, yox səndən, Farağatsan, nə fağırsan, a dünya. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 17.03.2012-ci il |
Sevgili gardaşım hüseyin niçe gözel yazıpsan oxudum xoşbext oldum
üreğine saxlıx salam