Axı nədir, nə, bu ürək?
Axı nədir, nə, bu ürək?
Tək əl ilə açmaq olmaz, Tək qıç ilə qaçmaq olmaz, Tək qanadla uçmaq olmaz, Qol, qıç, qanad qoşa gərək. Qapıları açmaq üçün, Qaçaqaçda qaçmaq üçün, Havalanıb, uçmaq üçün Qan damarda coşa gərək. Hərdən sevinc, hərdən qəmdir, Hərdən dəli, hərdən dəmdir, İki gözü birdən nəmdir, Axı nədir, nə, bu ürək? Ağrı, acı, dərd, ələmdir, Baxt yazan, pozan qələmdir, Çəkdiyi çər, çarə, çəmdir, Axı nədir, nə, bu ürək? Hayana baxıram düz, yoxuş, eniş, Bu dünya dar deyil, gəzməyə geniş, O nə dildi, nə dodaqdı, nə də diş, Ayaqlarsız bircə addım aşdımı? Asta - asta sinəm üstə döyünən Ürəkdimi, damardımı, daşdımı? Əzab çəkən əzələdi, əzadı, Üzv bədəndə başqalardan başdımı? Yan – yana yar adlı yarası gəlir, Qəlbinin parçası, parası gəlir, Ağ günün dalınca qarası gəlir, Qara gündə qayğı çəkən qaşdımı? Üz - göz olan, üzülən də bu ürək, Süzgəc kimi süzülən də bu ürək, Kürlüy onda, küy ondadı ay kürək, Bu anlamda ovqatdımı, kaşdımı? Yazığ odu, yaman odu, yanan o, Arlı odu, arsız odu, anan o, Səngərli, odlara qalananda o Yanan damaq, yanaqdımı, yaşdımı? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 15.03.2012-ci il |
Gardaşım hüseyin çox yaxşı yazıpsan oxudum xoş bext oldum... çox saxol necesen
eysenmi, hemmeşe üzün gülsün ey hüseyin salam şsad oldum sende şad olasan