Dağılsın o dünyan
Dağılsın o dünyan
Yazın yamyaşıldı, yazın nübarlı, Yayında bağçalar, bağların barlı, Payızın sapsarı, qəlbin qubarlı, Qışın da qarlıdı, dağlar vüqarlı. Nədəndi yazında yarpağın yaşıl, Payızda rənglərin qarışıq, xaşıl, Qəflət yuxusunda yat mışıl-mışıl, Desinlər arlıdı, dağlar vüqarlı. Dünya dərin dərya, göylər göy zəmi, Başını boşlasan batar boş gəmi, Gah zəhər içirdər, gah da zəmzəmi Dərdi bol, varlıdı, dağlar vüqarlı. Nə ahı tükənər, nə də amanı, Qınayar yaltağı, qınar yamanı, Qınar zalım dünya, qınar zamanı, Axı ah - zarlıdı, dağlar vüqarlı. İlbəil, günbəgün, ayə, hər ayın, Yıxılar, sökülər ömür sarayın, Səngərli, hardadı hayın - harayın, Dağılsın o dünyan, dağlar vüqarlı. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 03.02.2012-ci il |
Emmoğlu vügarlı ya yazdığın şeirin oxudum xoş bext oldum
Sende xoş bext olasan xoş geldin emmoğlu salam