Ay qağa
Ay qağa
Qarıldayıb “qa” deməklə Qarğa qaz olmaz, ay qağa. Qaş–göz oynadan qadında Qəmzə, naz olmaz, ay qağa. Könlün yoxsa, köməy ilə, Pəhriz tutub yeməy ilə, Qadan alım deməy ilə Ağrı azalmaz, ay qağa. Dizə çömbəlib, çökməsən, Tər töküb, zəhmət çəkməsən, Al - əlvan güllər əkməsən, Bağça bağ olmaz, ay qağa. Hər sözün öz ab – havası, Öz məğzi var, öz mənası, Sözün xası, xal, xatası, Qara ağ olmaz, ay qağa. Bir nəzər sal yan-yörənə, Dərə-təpə, çökək, yalaq, Tök torpağı qalaq-qalaq, Təpə dağ olmaz, ay qağa. Ayıb gətirər arsızlıq, Qan qaraldar qayğısızlıq, Dost arası sayğısızlıq, Sayrı sağ olmaz, ay qağa. Can yaranıb cəfa çəkə, Ömür sürə, səfa çəkə, Fikir, xəyal çəkə-çəkə Kefim cağ olmaz, ay qağa. Ləlvərim ləldi, lələdi, Şərəfsizlik şər, şələdi, Köpəklər kimə kölədi? Məndə lağ olmaz, ay qağa. Üz bozardar dilin lafı, Üz ağardar sözün safı, Salam verən hər əclafı Sadiq sanma sən, ay qağa. Bu dünya al – ver dünyası, Alacaq da, satacaq da, Arada bir atacaq da, Arsız qanmaz, qan, ay qağa. ~~~~~~~~~~~~~~~~~~~~~~~ Bakı, 23.02.2012-ci il |
Emmioğlu kalemine sağlık eyi yazıpsan üreğin varolsun
yazan kelemin iti olsun ömrün uzun, xoşbext ol