0
Yorum
0
Beğeni
0,0
Puan
977
Okunma
Ürək ətdən
Ürək ətdən, parça tikə,
Abad olar tikə - tikə.
Çiban kimi sızıldayar
Bulaşarsa çirkab, çirkə.
Ürək ətdən, parça tikə,
Abqoradan olar sirkə.
Ələr dəmi, dərdi, qəmi,
Üyüdər, tökər kirkirə.
Ürək ətdən, parça tikə,
Qəfəsdədi, zindandadı.
Qəflətdəki qəhər bilməz,
Çəkən bilər zindan dadı.
Ürək ətdən, parça tikə,
Arzu, ağrı, acısı var,
Sızıltısı, sancısı var,
Qəlib deyil, qəlbdi adı.
Ürək ətdən, parça tikə,
Həmdəm olar həmfikirlə,
Hüseyin, hicran fikirlə,
Zinhardı ziyan, zikirlə.
~~~~~~~~~~~~~~~~~
25.02.2012-ci il
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.