Gecələr yuxuma tələsən gözəlGecələr yuxuma tələsən gözəl Gəlmirsən görüşə, bu nə işvə-naz, Baxmırsan nə aya, ilə sən, gözəl! Eşqinlə dillənir sinəmdəki saz, Bir diqqət eyləsən telə sən, gözəl! Mən dəniz olanda gur çaya döndün, Cismimə ruh verən bir paya döndün. Gün batdı, göylərdə sən Aya döndün, Gecələr yuxuma tələsən gözəl! Qəlbimdə xiffətdən agrı-acın var, Göz yağı yemişik bəlkə, öcün var? Könlümdə möhtəşəm taxtı-tacın var, Yolunu gözləyir, gələsən, gözəl! Hey səni soruşdum qızdan qadından, Çiçəklər dilləndi sənin adından. Çıxmağa gücüm yox eşqin odundan, Elə bil könlümə tələsən, gözəl! Elbəyi hər sözdə olub haşiyən, Hicrindir yaramı sıxan, qaşıyan. Yeganə ümidsən mənlə yaşayan, Özün də bilirsən, beləsən, gözəl! Elbəyi Cəlaloğlu |
şok oldum duygu yüklü şiir sayfası
sağlıcakla kalın