Könül nəğməsiKönül nəğməsi Ulduzlar sayrışır göydə bir alay, Təntənə qurulub nurlar içində. Ədayla boylanır on dörd günlük Ay, Üfüqdən bu gecə dürlər içində. Dəniz də mat qalıb səssiz, səmirsiz, Beləcə seyr edir bu seyrəngahı. Gəmilər bərədə sanki təmirsiz, Ümidlə gözləyir xoş bir sabahı. Könlümün səsiymiş məni oxudan, Eşq kamança çalır, ruhum tutub tar. Xəyaldan oyandım, yoxsa yuxudan, Gözəllər içində görünür o yar. Elbəyi Cəlaloğlu |
çok güzeldi
selamlar sevgiler