Xocalı soyqırımında1992-ci il fevralın 26-sı səhər saat 5-də Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Qarabağ vilayetinin Xocalı şəhərini (Xankəndi şəhərindən 14 km şimal-şərqdə) işğal edərkən, etnik azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmişdir. Həmin gün Xocalı bütünlüklə alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Xocalı soyqırımı nəticəsində qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmuşdur. Bundan başqa, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi. Həmin dəhşətli gündə 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Əfəndilər, bu görünən tarixdir! Görün! Tanıyın! Xocalı qətliamını tanıyın! Çünki bu, Fransa kimi dövlətlərin uydurduğu qondarma “erməni qətliamı” deyil. Bu, 20 il öncə ermənilərin vəhşicəsinə törətdiyi Xocalı qətliamıdır. Lakin Xocalı qətliamını indiyədək yalnız Meksika və Pakistan dövlətləri tanıyıb. Əfəndilər, diqqətli olun! Yazın, yayımlayın! Yayımlayın ki, bu qətliamı bütün dünya tanısın! Yayımlayın ki, bir daha insanlar kütləvi olaraq öldürülməsin! Cəhalətə son qoyulsun!!! Xocalı soyqırımında Xocalı soyqırımında Buz kimi qar ələnirdi. Xocalı soyqırımında Analar güllələnirdi. Xocalı soyqırımında Ürəkləri yarırdılar. Gah bələkdə, gah yedəkdə Körpələri qırırdılar. Düşündükcə bu vəhşəti Tər basır bütün bədəni. Həmin gündə qar qarışıq Yağdı silahlı erməni. Xocalı soyqırımında Analar güllənəirdi. Körpəsi sağ qalırdısa Düşüb qara bələnirdi. Üşüdükcə körpə qəlbdə Ana qoynu aranırdı. Bu yuvasa güllələrlə Dağıdılır, taranırdı. Əl-ayağı bağlı bəbək Dartınırdı bələyində. Elə bil ki, insafı yox Üzdalayan küləyin də. Nə gülləni başa düşür, Nə “erməni” anlayır o. Bəlkə də öz şüurunda Bir Allahı danlayır o. Çox çəkmədən körpə üçün Susdu həyat, bu məşəqqət. Çirkinliyə üsyan edib Dondu sümük, göyərdi ət... Xocalı soyqırımında Güllə insanlardan baha. İlahi, belə günləri Düşmən də görməsin daha! Qocaları boğurdular, Qadınları döyürdülər. Suçsuz, bakirə qızları Yumşaq desəm, söyürdülər. Sonra da sırayla yıxıb Sürüdülər, qaldırdılar. Gülləyə qənaət edib Döyə-döyə öldürdülər. Dağıtdılar məscidləri, Susdurdular azanları. Qanına qəltan etdilər Neçə-neçə cavanları. Xocalı soyqırımında Qar donunda od ələndi. Xocalı soyqırımında Atəş durub qar diləndi. Həmin günü alaylarla İblis, şeytan gəlirdilər. Xocalını yer üzündən Birdəfəlik silirdilər. Xocalı soyqırımında Göylərdən daş ələnirdi. Körpələri qırırdılar, Analar güllələnirdi. Xocalı soyqırımında Dünya mat qaldı vəhşətə. Şəhəri anasız görüb Qar da gəlmişdi dəhşətə. Xocalı soyqırımında... ...Bilmirəm nə deyim, vallah. Xocalı soyqırımında Özün şahidiydin, Allah!!! 31.01.2012 Elbəyi CƏLALOĞLU |
yürekler hocalıda....