Mehralı bəy III şiirBu, 1877-78 ci yıllar Osmanlı-Rus (93) savaşında büyük kahraman olmuş, Osmanlı Sultanı Abdulhamidin “Mecdiyye nişanı” ile teltif etdiyi, Borçalı Karapapaklarından olan Mehrali beye hesr etdiyim “Mehrali bey” dastan-poemasından üçüncü giriş (El havası “Qaraçı” ve ya “Dervişi”) şiiridir. Mehralı bəy III şiir Mehralı (El havası – “Qaraçı”) Torpağın könlünə bahar düşəndə Günəş tək üfüqdən baxdı Mehralı. Quruyanda dodaq, təpiyəndə dil, Qaynar bulaq kimi axdı Mehralı. Ellər arayırdı haqqın izini, Nicat tapmamışdı illər uzunu, Buludlar alanda göyün üzünü, İldırıma dönüb çaxdı Mehralı. Qansız qərarlara vermədi aman, Haqlıya dost oldu, haqsıza yaman, Görəndə yurdunu tapdayıb zaman, Çəkib qılıncını yıxdı Mehralı. Dərdlərin içindən çəkəndə haray, Titrədi səsindən kaşanə, saray. Çəkəndə sərkərdə üstünə alay, Nizəni köksünə taxdı Mehralı. Onu söyləyəcək sazın hər simi, Elbəyi, dinləyər dünya səsimi, Verib vətən eşqi, millət dərsimi, Qəlbimdə heykəl tək şaxdı Mehralı. Elbəyi Cəlaloğlu |