Mehralı bəy II şiirBu, 1877-78 ci yıllar Osmanlı-Rus (93) savaşında büyük kahraman olmuş, Osmanlı Sultanı Abdulhamidin “Mecdiyye nişanı” ile teltif etdiyi, Borçalı Karapapaklarından olan Mehrali beye hesr etdiyim “Mehrali bey” dastan-poemasından ikinci giriş (Cığalı tecnis) şiiridir. Mehralı bəy II şiir Tərsaya (Cığalı təcnis) İgid olan hər əməldə bilinər, Nütvəsi saf, fikirləri tər, saya. Aşiq ollam tərsaya, Göydən gəlsə tərs ayə. İçimdə şimşək oynar, Görsəm namərd, tərsa ya. Gəncliyindən gün doğmadı üstünə, Urcah oldu Mehralı bəy tərsaya. Düşmən asi, dost naxələf çıxanda, Gəldi səbri, təsəllisi Qəmərdən. Düşdü başa, Qəmər, dən, Aldı nuru Qəmərdən. Vətən dara düşəndə Əskik olmaz qəm ərdən. Mehralı bəy sıyıranda qılıncı Oğul gərək, leş tığını tər saya. Cəlaloğlu, al qələmi şövqilə, İlhamını kağız üstə sər indi. Aşıq deyər sər indi, Zər xırdalar sər indi. Qaynar elmi olanın Daim qəlbi sərindi. El barınar qəlbi düzün nurunda, Çaşı baxar tərs Günəşə, tərs Aya. Elbəyi Cəlaloğlu |
selam ile