Sevən də saxlarmı kini?!Sevən də saxlarmı kini?! Unut bu işvə-nazını, Sındırma şüşə qəlbimi. Gözəlliyə bir tamaşa, Hüsnünə guşə qəlbimi. Varsa qəsdin xitab eylə, Yar sinəmi gülab iylə, Duzdan cala kabab eylə, Çək də bir dişə qəlbimi. Sevən də saxlarmı kini?! Yaxdın oda Elbəyini. Birdəfəlik ya sev məni, Ya da çırp daşa qəlbimi. Elbəyi Cəlaloğlu |
Dizeleriniz anlamli ve güzeldi. Emeginize saglik. Selamlarimla...