Gendə dur!Gendə dur! Açılmasın, gözəl, mənə sirlərin, Ol inancım, ol imanım, gendə dur! Əskilməsə gözlərimdə dürlərin, Xiffətinlə coşar qanım, gendə dur! Tanrı kimi görünürsən uzaqdan, Şirə çəkib göz qaradan, üz ağdan. İstəmirəm üzəm səni bu tağdan, Eşqim, ruhum, canım mənim, gendə dur! Təmasların Elbəyidən kəs, ayır. Bil ki, səni mələklərlə bir sayır. Heç Allah da sirlərini açmayır, Dön eşqimə, ol gümanım, gendə dur! Elbəyi Cəlaloğlu |
yüreğinizi kaleminzi kutlar saygılar sunarım..