PARLADIN GÜNƏŞ KİMİPARLADIN GÜNƏŞ KİMİ Parladın Günəş kimi, Bu gün birdən üzümə. Sehirli şəfəqlərin Nur çilədi gözümə. Bu boyda məhəbbəti Haralardan gətirdin. Allahdan peyğəmbərə İsmarıcmı yetirdin? Söylə, hansı mələksən Tanrının ocağında? Nə cür ana bəsləyib Səni öz qucağında? Yanağında əksi var Cənnət gülüstanının. Gözün təcəssümüdür Bir sevgi dastanının. Səni sevməmək günah Vallah, Haqqın yanında. Bütün ahı, bezarı Adam tapar canında. Necə görsətdi mənə Bilmirəm Tanrı səni. Bəlkə elə özünsən Gözəlliyin vətəni. Bu nə duruş, nə baxış Şükür sənə, ya Rəbbim! İlhamım bir fırtına, Ərşə dayanıb təbim. Sən yeni həyat yolu, Proton partlayışı. Ey sevgi dünyasının Təmannasız günəşi, Vermərəm səni əldən Bircə anlıq, qadası. Əl çəkmərəm, gəlsə də Dünyanın şah babası. Sən məndən üz çevirib Enerji doğurmasan, Sən mənə ürəyində Məhəbbət yoğurmasan, Almasam əllərindən Sevgi hərarətini, Duymasam nəfəsindən Tanrı məharətini Nifrətimi gözümdən Tükənməz ox edərəm, Ayını, ulduzunu Dünyadan yox edərəm. Qalarıq sən ilə mən Kainatda başbaşa. Qeyri bir şey tapılmaz Sənə, mənə yaraşa. Sevərəm, əzizlərəm Gözümdə bəbək kimi. Sanaram öz dünyama Allahdan kömək kimi. Gəl, yaxına gəl, gülüm Gəl oxşayım telini. Cəvahirdən, incidən Gəl qurşayım belini. Anam gedər, anayın Ağzı dəyər ağzına. Elçi gedər dünyanın Ən mükəmməl qızına. Elbəyi Cəlaloğlu |
tebrikler