Nədəndi?!Nədəndi?! Bu qürbətdə bir quyuya düşmüşəm, Vurnuxuram, çıxammıram, nədəndi? Yüz ocaqda bir ümidlə bişmişəm, Hasil olan nə imandı, nə dindi! Suçum nəymiş, Tanrı məni düşürdü, Bəlkə torpaq mənsizlikdən üşürdü?! Eşqim məni oxlayırdı, deşirdi, Dil zikr edib nə danışdı, nə dindi. Səbr eylədim, şükr eylədim, yol aldım, Ədəbimlə nə aldımsa, bol aldım. Vicdanımla rəqs eylədim, qol aldım, Bu cənnətdi, bu behiştdi, Ədəndi. Ehtirasla gəzən kəsi pislədim, Gözəlləri bədnəzərdən hislədim. Məşuquma cavan getmək istədim, Heç bilmədim saçımdakı nə dəndi?! Bu dünyada qalmaq mənə çətinsə, Bədən Tanrı sınağında mətinsə. Cəlaloğlu, yerə köçən ətinsə, Söylə, eşqin dimdiyində nə dəndi?. 17.01.2012 Elbəyi Cəlaloğlu |
Yürekten Kutlarim üstadım .....
Harika bır siir okudum ... Ama biraz zor okudum .....
Duygu ve anlam yuklu bır paylasimdi.....
Dizeleriniz muhtesemdi... Bastan finale akıcı dupduru ....
Ve snı vurucu final harikaydi .....
Tebrik ederim dost sair'im ......
Sevgilerimle.......... JANET ....... Şen ve esen KALIN .....