Daşa döndər.
Daşa döndər.
Həsrətiyəm çöl – çəmənin, Yaşıl yalın, yamacın da, Bitir bulaqlar başında, Allah, məni gülə döndər. Yar – yaraşıq pərdə tülə, Bir bülbüləm həsrət gülə, Gül üzümə, gülə - gülə Allah, məni tülə döndər. Cana yığar dedi – qodu, Canımdakı həsrət odu, Odun odu, ocağ odu, Allah, məni külə döndər. Səfil sayma Səngərlini, Ləlvər kimi ləngərlini. Döndərirsən başa döndər, Döndərmirsən daşa döndər. |