Gəlsin
Gəlsin
Çulğalarsa qəhər məni, qəm məni, Dərdə salsa dərya boyda dəm məni, Haxlayarsa duman, çiskin, çən məni, Dilimin fəryadı, fədası gəlsin. Qarsalasa qada məni, qan məni, Cana yığsa cəfa çəkən can məni, Piltik – piltik lap eyləsə şan məni, Niyəsi, niskili, nidası gəlsin. Biamanlar heç bilməsin xam məni, Mən deyənlər əgər saysa xan məni, Bürmələyər şərəf məni, şan məni, Qəlbimə qananın qadası gəlsin. Seçimli dünyadı, istədiyin seç, Sevdanın yolunda keç, varından keç, Sevməyən ürək də şad olarmı heç? Səngərli, sevginin sədası gəlsin. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 15.02.2012 |