Kişi də var kişi də
Kişi də var kişi də
Kişi var xamra – xaş qoyur, Kişi var daş üstə daş qoyur, Kişi var daş üstə baş qoyur, Kişi var, arvad, yaş boğur. Kişi var ki, külüng vurur, Kişi var ki, külün sovur, Kişi var durmur bir hovur, Kişi var cızhacız qovur. Kişi var toyda tamada, Kişi var dodaq pomada. Kişi var aslan, pələng, şir, Kişi var cinsin dəyişir. Kişi var sinə silikon, Kişi var komikdi, ikon. Kişi var yaradır, qurur, Kişi var ikrah doğurur. Kişi var boyar başını, Kişi var alar qaşını, Kişi var gizlər yaşını, Xınalı xanım kişilər. Kişi var ki, əngiboşdu, Kişi var ki, veyil, loşdu. Belə - belə kişidənsə Yenə qeyrətli dişilər. Kişilər varıydı, qoçaq, qısqıvraq, Kişilər varıydı, eh qıvrım papaq, Kişi var qazana nə qulp, nə qapaq, Keçmiş kişiləri haradan tapaq? ~~~~~~~~~~~~~~~~~~~~~~~ 16.01.2012-ci il |