Dərdin nəşəsində kef eyləyirəmDərdin nəşəsində kef eyləyirəm Eşqin dəryasından qəmləri yığıb, Durna qatarı tək səf eyləyirəm. Görünmür könlümün sultanı, şahı, Durub düşündükcə xof eyləyirəm. Kədər qarşı gəlib, qəm məni sıxıb, Dərd enib dərd üstə, cəm məni sıxıb. Elə gündəyəm ki, dəm məni sıxıb, Dərdin nəşəsində kef eyləyirəm. Könlümün gözündə ilahi pərdə, Heç nə görəmmirəm göydə, ya yerdə. Yamanca öyrəşdim deyəsən dərdə, Daha xoş günləri dəf eyləyirəm. Elbəyi Cəlaloğlu |