Uçaqdakı yolçuyaUçaqdakı yolçuya Dağlara söylə ki, bu yolçuluqda İzləsin güzgü tək Xəzərdən səni. Buludlar sallasın qanadlarını, Qorusun göylərdə nəzərdən səni. Vurub sinirlərə açılmaz düyün, Gedirsən, həmdəmim hicrindir bu gün. Daxili dünyanla zahirdə görün, Qoy bəşər tanısın üzərdən səni. Gələ bilməyirəm hələ izinlə, Öpüş göndərirəm apar özünlə. Oxşa Elbəyini ən xoş sözünlə, Duası hifz edər xətərdən səni. Elbəyi Cəlaloğlu |
Saygılar...........