Sənin gözəlliyin aldı ağlımıSənin gözəlliyin aldı ağlımı Sənin gözəlliyin aldı ağlımı, Amma tənələrin gəldi sərt mənə. Bir ürək sevgimin qarşılığında, Verdin bir ömürlük kədər, dərd mənə. Pozdun sevgimizi, əhdi-peymanı, Daraltdın başıma bu gen dünyanı. Varsa Büsutunun göstərsən, hanı? Qoysan Şirin kimi çətin şərt mənə. Qəlbimi xiffətdən vurur çor indi, Gözüm görə-görə oldum kor indi. Səhralar gözümə doğma göründü, Viranə görsəndi oba, yurd mənə. Mən səndə görəli sədaqət, vəfa, Qəlbimə anbaan hopurdu şəfa. Sürməzmi Elbəyi səninlə səfa, Bir daha dünyada, söylə mərd mənə?! Elbəyi Cəlaloğlu |