Əbədiyyət nədir görən?Əbədiyyət nədir görən? "Əbədini dünyada mən əbədi sanmadım." Bəxtiyar Vahabzadə. Doğsa bir gün qərbdən Günəş, Çıxarsa Yer məhvərindən, Çaylar itirib başını, Dərya qopsa ləngərindən, Ekvator da dönüb buza, Ay yox olsa səngərindən, Yupiterlər, merkurilər Bir-birinə dəyə-dəyə, Viran, talan, darmadağın Yığılarsa bir nöqtəyə – Bax, budursa əbədi son Hanı onda qütb, ya yön? Əbədiyyət nədir görən? Pozulsa Yerin pərəndi, Günəşin yaddaşı, zəndi, Çırpılar əcaib daşa, Daşlar gələr qoşa-qoşa. Dəhşət bağlayar qarşını, İnsan itirər başını. Sonda kainat da sönər, Başlanğıc yerinə dönər, Əvvəl bizə gülər fələk, Açılar başına kələk, Mələklərin izi qalmaz, Heç Allahın özü qalmaz, Əbədiyyət nədir görən? Elbəyi Cəlaloğlu |
KUTLARIM DOST ŞAİRİM.....
FARKLI BİR TARZ OKUDUM....AMA YABANCI GELMEDİ BANA....BENCE QAFQAS DİLİ İLE YAZILDI...
YANILIYOR DA OLABILIRIM.....
GÖNÜL SESİNİZİN FARKLI BİR KAFİYE DÜZENİYLE DİZELERE AKTARIMI MUHTEŞEMDİ ......
ŞİİRİNİZİ PEK ANLIYAMADIĞIM İÇİN BENİM YORUMUM ŞİİR DÜZENİYLE İLGİLİDİR.....
GÜZEL DİZELENDİ....GÜZEL YAZILDI....
TEBRİK EDERİM ŞAİRİM.....
SEVGİLER......JANET.....ŞEN VE ESEN KALIN.....