EY VƏTƏN!EY VƏTƏN! Əlimdə qılıncsan, başımda papaq, Səninlə gurlayır səsim, ey Vətən! Sənə həm "yurd" dedim, həm "doğma torpaq", Gəl, qucum bağrıma basım, ey Vətən! Dağlar bəyaz sinən, qayalar döşün, Süzülür bulaqdan anam tək südün. Gəlləm ziyarətə hər saat, hər gün, Min dərdə sənmisən həkim, ey Vətən! Qəribə duyğumsan incim, sərvətim, Bu sirri açmağa çatmır cürətim. Sənə can istəyim, qan məhəbbətim, Daim daşıyacaq yüküm, ey Vətən! Sinəm ki, əksidir coşqun dənizin, Sürünür dalğalar hey dizin-dizin. Sən də məğrur çay ol, ax həzin-həzin, Bu geniş qoynuma çəkim, ey Vətən! Mətin sərkərdəsən, sən igid, ərən, Eşqinlə meydanda fəryad eylərəm. Biləyim bir zərbə sındırar kərən, Suyunla alışıb köküm, ey Vətən! Qayığım, lövbərim, a dönməz salım, Ömrümdə sevgiyə hədsiz misalım. Gəlsənə, baş əyim, bir səcdə qılım, Müqəddəs önündə çöküm, ey Vətən! Elbəyi Cəlaloğlu Dostların yazdıqları: Vatan göğümdeki arş Vatan dilimdeki marş Akan sular durmalı Vatan bayrak deyince Akmalı gözlerimden Akmalıdır billur gibi yaş.. Bandırmalı |
ayrıca azeri dilinde bir eser okumayalı çok olmuş
duygulandım
saygılarımı sunuyorum