NƏ GÖZƏL YARADIB YARADAN SƏNİ!NƏ GÖZƏL YARADIB YARADAN SƏNİ! Nə gözəl yaradıb yaradan səni, Ülkərə bənzəyir gözün giləsi. Həyəcanlı baxış, şax duruşun var, Səsində bir ürkək ceyranın səsi. Danışdın nə dildə, dindin nə səsdə? Sənsiz hər dəqiqəm sanki qəfəsdə. Olarmı baş qoyum dizlərin üstə, Gözümə bir azca çimir gedəsi. Yatmaq da günahdır sənin yanında, Yaz gəlib lalələr bitib canında. Elbəyi yanmasa hər bir anında, Cəhənnəmə dönər, inan, gecəsi. Elbəyi Cəlaloğlu |