DağlarDağlar (müxəmməs) Qoca tarix insanlara Qurub yenə dar, ay dağlar. Düşüncələr qan qoxuyur, Fikirlər naçar, ay dağlar. Viran qalıb xan ocağı, Dağıdılıb saray, dağlar. Görən yoxdu haqqı-sayı, İtib namus, ar, ay dağlar. Ucalt ədalət səsini, Nə yatmısan, dur, ay dağlar. Qara geyib qız-gəlinlər, Yaş yanaqda düzüm-düzüm. Ağı deyib ürəklərə, Qəm gətirir süzüm-süzüm. Odlar ələnib başıma, Puç olubdu əllim, yüzüm. Görməyəydim bu günləri, Kor olaydı kaş ki, gözüm. Sürünəydim dörd yanında, Salıb sənə haray, dağlar. Sənsən bu ana torpağın, Qüdrətli biləyi, qolu. Dədələrdən miras qalan, Bir nemətsən şirin, ulu. Sinən üstə oğuzların, Müqəddəs cığırı, yolu. İndi sənə yadlaşıbdı Dərbənd, Təbriz, Göyçə gölü, Bir kömək ol Elbəyiyə Bu qürbəti yar, ay dağlar. Elbəyi Cəlaloğlu |
çok nefis dizelerdi değerli kardeşim.
Selam ve saygılarımla...