Türkə dəyən dəyənək
Türkə dəyən dəyənək
Dünyanın ələyində Zərrə - zərrə ələnək. Bəzəkli bələyində Bəh - bəh ilə bələnək. Türkə dəyən dəyənək Məgər bizə dəyməyir? “"Soyqırım" saplanıb da Soyuq bir xəncər kimi Arxadan, kürəyində. O kürək bizim deyil? Türkə dəyən dəyənək Məgər bizə dəyməyir?! Həddi var kələyin də, Səmti var küləyin də, Güc, qüvvət biləyində, Təpər var ürəyində. Türkə dəyən dəyənək Məgər bizə dəyməyir?! Qırılan müsəlmanlar Ələf, ot - əncər kimi, Doğranır pencər kimi. Şəhidə baş əyməyir, Türkə dəyən dəyənək Məgər bizə dəyməyir? Ədl əllərdə alət, Rəhmsizdi rəzalət, Hardadı haqq, ədalət, Fərmanı fələyin də? Türkə dəyən dəyənək Məgər bizə dəyməyir?! Daşnaka dayaq, dirək, Zira sənsən, sən zirək, Fikrin nədi, ay firəng? Riyadan gey lap min rəng, Türkə dəyən dəyənək Məgər bizə dəyməyir? ~~~~~~~~~~~~~~~~~~ Hüseyn Aslanoğlu (Faxralı) 26.12.2011-ci il |