Elçibəylə, Məmməd Əmin, Atatürk!
Elçibəylə, Məmməd Əmin, Atatürk
Bir məsləkə qulluğ etdi, qul oldu, Nə bir kəsdən hündür oldu, hul oldu, Qazancları qara qəpik, pul oldu, Elçibəylə, Məmməd Əmin, Atatürk! Odlar yurdum ocax dedi, pir dedi, Oğuz oğlu şir ürəkli, şir dedi, Kor gözlərə tikan dedi, tir dedi, Elçibəylə, Məmməd Əmin, Atatürk! Nə heykəl istədi, nə ad istədi, Azadlığ adında tam, dad istədi, Bu millət yaşasın şən, şad istədi, Elçibəylə, Məmməd Əmin, Atatürk! Nə şöhrət istədi, nə şan istədi, Onlar quran dövlət gör yan üstədi, Ayə, Azərbaycan bax can üstədi, Elçibəylə, Məmməd Əmin, Atatürk! Ölüm ayağında, o son nəfəsdə, Yaralı quş kimi sanki qəfəsdə, Sonadək sönmədi eşq də, həvəs də, Elçibəylə, Məmməd Əmin, Atatürk! Quru adı xalqa belə qısqanır, Axı bunu oba, oymağ, el qanır, Azərbaycan, can deyənə can yanır, Elçibəylə, Məmməd Əmin, Atatürk! Elçibəy elinin elçisi oldu, Məmməd Əmin dili, dilçisi oldu, Atatürk tüm türkün türkçüsü oldu, Elçibəylə, Məmməd Əmin, Atatürk! Şüarları milli birlik, bir dedi, Azadlıq hayqırdı, azadlıq dedi, Ha bunlardan hansı haram mal yedi, Elçibəylə, Məmməd Əmin, Atatürk?! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 16.11.2011-ci il |