Dayanmadı, doyanmadı
Dayanmadı, doyanmadı
Dünya başına dar deyil, Dərdinə dərman nar deyil, Yara yaraşıq, yar deyil, Gendə dolan, dalda dayan. Dağda dayan, düzdə dayan, Dərin, dayaz, üzdə dayan, Dedim ömür yüzdə dayan, Etibarsız dayanmadı. Qocalığın qorxusuna, Bu dünyanın qoxusuna Daldı qəflət yuxusuna, Silkələdim oyanmadı. Hüseyn, həyat irin, şirin, Yolçuları girin – girin, Kəməndinə saldı birin, Bir doy dedim, doyanmadı. ~~~~~~~~~~~~~~~~~~~ 26.12.2011-ci il |