Nə adətdi?
Nə adətdi?
Un – urvanı ələk ələr, Məmə üçün əmlik mələr, Ürəyimi səs- ün dələr, Ay qaşı – gözü sürmələr. Geyim-kecim, geniş gərdən, Sinəsi büllur, mərmərdən, Libası zərdən, məxmərdən, Əndamı bəyaz bürmələr. İncidər, izlər, bizlər də, Əyilər, çökər dizlər də, Nə adətdi bu sizlərdə, Ay qəlbi zindan, türmələr. ~~~~~~~~~~~~~~~~~~~~ |