YAZDIMI, BÜLBÜL?YAZDIMI, BÜLBÜL? Yardımlı rayonunun Şıləvəngə kəndində çaldığım saz havasının səsinə uçub gələn bülbülə. Deyirlər çoxdandı düşmüsən perik, İlhamın qəlbində azdımı, bülbül? Mənim tək sənin də damarlarında İnləyən, gurlayan sazdımı, bülbül? Gəzdin sədəfləri hey sətir-sətir, Duydunmu tellərdə ən müdhiş ətir? Bəlkə də gözlərin butanı gəzir, Röyada gördüyün qızdımı, bülbül? Tapdın “Dilqəmi”də gülü-gülşəni, Necə ovsunladı “Ruhani” səni? Sevgini, eşqini, məhəbbətini Ruhun aradımı, gəzdimi, bülbül? Gəlib görüşünə işvə də, naz da, Borçalı elindən bu telli saz da. Coşub vəsf etdiyin sərxoş avazda, Bir başqa baharmı, yazdımı, bülbül? Sirayət eylədin hər ahəngə də, Tanrınımı tapdın Şiləvəngədə? Yoxdu bu əsrarın inan, özgədə Güllər xiffətinə dözdümü, bülbül? Gəl otur qarşıma, gözün gözümə, Mən sazı götürüm, sən vur zümzümə. Elbəyidən kənar dolanlıb gəzmə, Təbim doxsandımı, yüzdümü, bülbül? 10.08.2004 Elbəyi Cəlaloğlu |
Mana yüklü bir şiirdi.
Tebrik ederim.
Sağlıcakla.