MuğamMuğam Tutub əllərimdən çəkdi göylərə, Ruhumu görsətdi özümə muğam. Oxşadı qəlbimi öz anam kimi, Yaydı nurlarını üzümə muğam. Saldı tilsiminə duyğularımı, Anla kamanımı, dinlə tarımı, Göylərdə aradım mən öz yarımı, Hopdu cığırıma, izimə muğam. Anla qüdrətini “Rast”ın, “Segah”ın, Bağrını parçalar “Çahargah” ahın. Günəş bəzəyidi xoş bir sabahın, Saldı şəfəqini gözümə muğam. Dinlə “Humayun”u, “Şüştər”i, “Şur”u, Ruhunla Tanrının üstünə yürü, Saranda müjdəni, qucanda suru, Salar dodaqlara zümzümə muğam. Saz ruhum, canımdır, etmirəm inkar, “Kəsmə şikəstə”nin öz nəşəsi var. Ölərsə Elbəyi işdi, a dostlar, Çaldırın üstündə hər cümə muğam. Elbəyi Cəlaloğlu |
Kırgız'a, Özbek'e, Türkmenistana,
Adını ananda ok değer cana,
Kulak ver Hasan'ın ssözüne Ağam.
Orta Asya bizim candan özümüz,
Dostluğa yan dönük olmaz yüzümüz,
Aslımız, neslimiz iki gözümüz,
Zerdir yüreğimin hazzına Ağam; diyerek kutluyorum kardeşimi.