Zamanın yoluZamanın yolu Köhnə fikirlərin keçdi zamanı, Bağla birdəfəlik boş qapısını. Getdi döyüş anı, savaş dövranı, Daha aç gözüyün yaş qapısını. Daima bir başda qərar tutmaz tac, Könüllər arzuya, istəyə möhtac. Bir qorxu yaşadır, bir də ehtiyac, Arama həyatın çaş qapısını. Gör neçə ölkəyik, gör neçə elik, Sazın sinəsində gurlayan telik. Ələlə dayansa ədəblə bilik, Açar həqiqətin daş qapısını. Dağları tanımır zamanın yolu, Günəşin boynuna dolanır qolu, Sənin nə qüdrətin, ay Cəlaloğlu, Döyməsən dünyanın baş qapısını. Elbəyi Cəlaloğlu |
çok güzel ve anlamlıydı
tebriklerimle, selamlar