QAYIT ÜRƏYIİMƏ, QAYIT KÖNLÜMƏ!QAYIT ÜRƏYIİMƏ, QAYIT KÖNLÜMƏ! Gözlərim yol çəkir hər gün, hər saat, Qayıt ürəyimə, qayıt könlümə! Bəlkə eşqimizi sınayır həyat? Qayıt ürəyimə, qayıt könlümə! Gəl kəsək hicranın hay-harayını, Viran qoy qəlbimin qəm sarayını. Bir yerdə yaşayaq bayram ayını, Qayıt ürəyimə, qayıt könlümə! Şığıyan sellərmi ayırdı bizi, Kim dedi şeytana bu sevgimzi? Gəlsən bağışlayaq bir-birimizi, Qayıt ürəyimə, qayıt könlümə! Parla, Günəşim ol, qıyma yaşıma, Ay kimi dolanım, dönüm başına. Elbəyi can desin hər baxışına, Qayıt ürəyimə, qayıt könlümə! Elbəyi Cəlaloğlu |
Tebrikler...