Səni sevməyimdə günahkarammışSəni sevməyimdə günahkarammış Səni sevməyimdə günahkarammış, Daha duyğuların ölən yeridi. Mənasız iztirab veridm özümə, Üstümə cin gəldi, şeytan yeridi. Nə vaxtdır döyürəm hey ürəyimlə, Açmırsan könlüyün qapılarını. Bu gündən başımla taqıldadacam, Meydiyin, ölüyün qapılarını. Qonmaz hər ağaca könlümün quşu, Onun öz bağçası, öz bağbanı var. İtməyib eşqimin, sevgimin huşu, Hələ uçurtmağa çox tərlanı var. Elbəyi Cəlaloğlu |