Qızım Ürfanə ilə deyişməQızım Ürfanə ilə deyişmə – Ata, nədən belə qəmli durursan? – Qızım, kəndimizə gedəsim gəlir. – Ata, nələr düşüb yadına sənin? – Yollara, izlərə həvəsim gəlir. – Ata, hövsələni çəkmə tarıma! – Həsrət köz basıbdı, qızım, yağrıma. Atamı, anamı basıb bağrıma, Üzündən, gözündən öpəsim gəlir. – Ata, gəl kədərdən çələng toxuma! – Evimiz girmişdi qızım, yuxuma. – Ata, bəsdi daha, qəmli oxuma! – Yox, qızım, ürəkdən qəm səsim gəlir. – Ata, götür sazı dilləndir simi, Sındır dövrəndəki qara tilsimi. – Qızım, sən atanı dinləyən kimi, Atama bir qulaq asasım gəlir. – Ata, Ürfanəni saldın oyuna. – Elbəyi qurbandı qızım, boyuna. – Ata, qoy sarılım, nolar boynuna, – Sarıl, qucağında öləsim gəlir. Elbəyi Cəlaloğlu |