Dərdimiz dərd olub dərdliyə, qardaşDərdimiz dərd olub dərdliyə, qardaş Sankt-Peterburqdan gələn məktuba cavab Soruşduğun əhvalımmı, kefimmi? Kef nə gəzir, düşdük şitliyə, qardaş. Naçar qalıb, sərsəm gəzmək nəfimmi?! Nə var eşşəkliyə, itliyə, qardaş. Yaman olub bu dövranın çabası, İmtahandı hər gün evdə qısası. Uşaq paltar, arvad yemək davası, Tüpürmüşəm belə cütlüyə, qardaş. Budanmışıq, sanki, budayıb dolu, Unudulub peyğəmbərin haqq yolu. Dünya heykəllərlə doludur, dolu, Yenidən qayıtdıq bütlüyə, qardaş. Tuman qısa, don gödəlir günbəgün, Baldırları reklam edir dalan, tin. İtib namus, yoxdu həya, iman, din, Gəldik heyvan kimi lütlüyə, qardaş. İdarəyə gir arayış dalınca, Yüz qapı döy yorulunca, ölüncə. Rəisləri katibələrdən incə, Mat qalmışam belə kütlüyə, qardaş. Cəhd eylə, ev tikmək eşqinə düş bir, Ev tikmək deyil ki, qazırsan qəbir. Ağalıq eyləyən nə on, nə onbir, Həsrətdir üzümüz mərdliyə, qardaş. Manqurtlar çoxalır, kədər şah gəzir, Ürəkdə dərd gəzir, ağrı, ah gəzir, Beş insan üstündə on “allah” gəzir, Dərdimiz dərd olub dərdliyə, qardaş. Elbəyi CƏLALOĞLU |
Tespitler yerli yerinde anlamlı eseri yazan kalemi kutlarım
Saygılarımla